Festival iki əsas kateqoriya üzrə film qəbul edir:
- Süni intellekt (AI) ilə hazırlanmış filmlər,
- Ənənəvi üsullarla çəkilmiş filmlər.
Hər iki kateqoriya üzrə həm yerli (Azərbaycan istehsalı), həm də beynəlxalq filmlər müsabiqəyə müraciət edə bilərlər.
Filmlərin təqdimatı üçün əsas tələblər:
- Təqdim olunan filmlər son iki ildə istehsal olunmalıdır.
- Filmlərin müddəti 1 dəqiqədən az, 30 dəqiqədən çox olmamalıdır.
- Filmlər mütləq ingilis dilində .srt formatında altyazı ilə təqdim edilməlidir. Altyazılar film ilə birlikdə təqdim olunmalıdır.
- Hər bir film üçün mütləq treyler və poster təqdim olunmalıdır. Bu materiallar festivalın təbliği və təqdimatı üçün vacibdir.
- Rejissorun tam adı, qısa bioqrafiyası və fotoşəkli təqdimata əlavə olunmalıdır.
- Süni intellekt (AI) ilə hazırlanmış filmlər üçün: İstehsal zamanı istifadə olunmuş süni intellekt alətləri, platformalar və modellərin ətraflı siyahısı təqdim olunmalıdır.
Əlavə təqdimat qaydaları:
- Hər bir rejissor festivalın bütün kateqoriyaları üzrə cəmi bir film təqdim edə bilər. Yəni, AI və ənənəvi kateqoriyalarda ayrı-ayrı filmlərin göndərilməsi mümkün deyil. Bu, ədalətli müsabiqə şəraitinin təminatı məqsədi daşıyır.
- Festival təşkilatçıları təqdim olunan bütün materiallardan (filmlər, treylerlər, posterlər, rejissor məlumatları və s.) festivalın təbliği, reklamı və digər əlaqədar məqsədlər üçün istifadə etmək hüququna malikdir.
Razılıq:
- Festivalda iştirak üçün film təqdim edən şəxs yuxarıda qeyd olunan bütün şərtlərlə razılaşmış hesab olunur.